

LAYİHƏNİN İDEYA MÜƏLLİFİ, TƏSİSÇİSİ VƏ RƏHBƏRİ
S Ü B H A N K Ö Ç Ə R L İ
Sübhan Natiq oğlu Köçərli 1991 - ci ildə Bakı şəhərində anadan olub. 1999 - cu ildə Abşeron rayon, Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbinə daxil olub və burada qarmon ixtisası üzrə Elsəvər Qafarovdan, solfecio, nəzəriyyə və musiqi ədəbiyyatı fənləri üzrə Lalə Allahverdiyeva və Sevinc Məmmədovadan, xor fənni üzrə isə Fəridə Atakişiyevadan dərs alıb. 2010 - cu ildə isə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə (keçmiş Asəf Zeynallı) qəbul olub. Burada muğam fənni üzrə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist, dosent Zakir Mirzəyevdən, not ixtisası fənni üzrə Xeyrulla Dadaşovdan, solfecio, nəzəriyyə, musiqi ədəbiyyatı və harmoniya fənləri üzrə isə Ruhəngiz Ələkbərovadan dərs alıb. Sübhan Köçərli 2 - ci kursdan etibarən kolleci bitirənə kimi Zakir Mirzəyevin assistenti olaraq fəaliyyət göstərib. 3 – cü kurs tələbəsi olarkən isə kollecin konsert zalında görkəmli ədəbiyyatşünas alim, tənqidçi Firidun bəy Köçərlinin 150 illik yubileyinə həsr etdiyi solo konsert proqramı ilə çıxış edib. Sübhan Köçərli qarmon ixtisası üzrə təhsilini hal – hazırda Bakı Xoreoqrafiya Akademiyasında davam etdirir. Onu da qeyd edək ki, Sübhan Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin nəslindəndir.
FƏALİYYƏTİ VƏ YENİLİKLƏRİ
- Qarabağa həsr olunmuş “Qarabağ üçün oxu” layihəsinin hər iki buraxılışında (2015, 2016) iştirak edib.
- Azərbaycan qarmon ifaçılığı və tədrisi tarixində həm nəzəri, həm də təcrübi olaraq ilk dəfə sol əlin davamlı, tam həcmdə və bugünə kimi təqdim olunmayan geniş müşayiət formalarını və eyni zamanda ilk dəfə ayrıca mövzu olaraq sol əlin istifadəsinə, problemlərinə, geniş müşayiət imkanlarına dair nəzəri və təcrübi çıxışların müəllifi.
- “Təzadlı polifoniya” nın müəllifi (2018). İfa ilk dəfə olaraq Azərbaycan Dövlət Televiziya və Radiosunun Səs yazma Evi tərəfindən lentə alınıb (2019). Təzadlı polifoniya körüklü alətlər arasında dünyada ilk dəfə olduğu üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüquqları da qorunmaqdadır (2019).
- Muğamlarımız, oyun havalarımızla yanaşı ilk dəfə olaraq heç kimin müşayiəti olmadan sol əlin geniş müşayiət imkanlarından istifadə edərək bir neçə ifası Azərbaycan Dövlət Televiziya və Radiosunun Səs yazma Evi tərəfindən lentə alınıb (2018, 2019).
- 2019 – cu ildə Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Azərbaycan qarmon məktəbini yaratmış Əhəd Əliyevə həsr olunmuş elmi seminarda çıxış edib (heç kimin müşayiəti olmadan).
- "Musiqili meydan" instrumental efir (Space Tv) yarışmasının qalibidir (2019).
- İlk dəfə olaraq qammaların sağ və sol əl ilə eyni anda ifa metodikasının (nəzəri və təcrübi), "Azərbaycan qarmonunun solu: ifaçılıqda yeni üslub" adlı elmi məqalənin (2020), “Balalara hədiyyə" adlı metodik vəsaitin (qammaların sağ və sol əl ilə eyni anda ifa metodikası və barmaq ardıcıllığı - 2021) müəllifi.
- 2021 – ci ildən etibarən Dünya Akkordeon Konfederasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi.
- 2021 – ci ildən etibarən beynəlxalq münsif üzvi. Sübhan Köçərli beynəlxalq münsif üzvi olaraq hər il dünyanın müxtəlif ölkələri (İstanbul, Fransa, İngiltərə, Latviya və s.) tərəfindən həyata keçirilən böyük müsabiqələrdə iştirak edərək Azərbaycanı təmsil edir.
- 2021 – ci ildən etibarən Azərbaycan qarmon ifaçılığı tarixində ilk dəfə olaraq Beynəlxalq Akkordeon Festivallarında iştirak edərək Azərbaycanı təmsil edir (digər xarici körüklü alət ifaçılarıyla, heç kimin müşayiəti olmadan ilk dəfə olaraq sol əlin bugünə kimi təqdim olunmayan geniş müşayiət imkanlarından istifadə edərək).
- 2021 – ci ildə Dünya Akkordeon Konfederasiyasının prezidenti, professor Frederic Deschamps tərəfindən dəvət aldığı və elə özünün də aparıcısı olduğu “Live Show” proqramında qonaq olaraq həm nəzəri, həm də təcrübi olaraq çıxış edib (Fransa).
- 2021 – ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində baş tutan Etnoorqanologiya Aktual problemlər və vəzifələr mövzusunda beynəlxalq elmi – praktiki konfransda “Azərbaycan qarmonunun solu: ifaçılıqda yeni üslub” adlı elmi məqaləsi ilə çıxış edib.
- İlk dəfə olaraq Dünya Akkordeon Günü (6 may 2021) münasibətilə Türkiyədə keçirilən etkinlikdə həm nəzəri, həm də təcrübi olaraq çıxış edib. Bununla da Azərbaycan ilk dəfə olaraq Dünya Akkordeon Günündə iştirak etmiş olub.
- "Azərbaycan Qarmonu Günü" nün (2022) təsisçisi.
- 22.09.2022 - ci ildə Azərbaycan qarmon ifaçılığı tarixində ilk dəfə olaraq İstanbulda Beynəlxalq Akkordeon Festivalı çərçivəsində Sübhan Köçərlinin ustad dərsi təşkil olunub (digər xarici körüklü alət ifaçılarının iştirakı ilə). Eyni zamanda həmin sözü gedən festivalda ilk dəfə olaraq müxtəlif ölkələrdən dəvət olunmuş yalnız körüklü alət ifaçılarının iştirakı ilə keçirilən Beynəlxalq elmi konfransda iştirak edib. Bu ənənə davam etdirilərək Sübhan Köçərlinin beynəlxalq çərçivədə ustad dərsi (07.12.2024 - İstanbul), o cümlədən beynəlxalq konfransda iştirakı növbəti dəfə də reallaşdırıldı (05.12. 2024 - İstanbul).
- qarmon.az saytının (2023) təsisçisi.
- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar artist Zakir Mirzəyevin 04.03.2023 – cü il tarixində İctimai kanalda baş tutan “Ustad dərsi” ndə həm nəzəri, həm də təcrübi olaraq iştirak edib.
- 17.08.2023 – cü ildə baş tutan Beynəlxalq İstanbul Akkordeon festivalı 3 – ün açılışı Sübhan Köçərlinin ifası ilə baş tutub və ilk dəfə olaraq körüklü alətlər (İstanbul Körüklü Çalğılar topluluğu) Azərbaycan qarmonunu müşayiət edib (Niyazi - Qaytağı). Onu da qeyd edək ki, Sübhan Köçərli sözü gedən orkestrin solistidir.
TƏQDİM ETDİYİ LAYİHƏLƏR
Sübhan Köçərli "Dünya Akkordeon Günü" münasibətilə qarmon ifaçılarından (tələbə) ibarət beynəlxalq çərçivədə keçirilən "Azərbaycan Qarmonu" adlı konsert proqramının, ilk dəfə olaraq beynəlxalq çərçivədə keçirilən "Azərbaycan Qarmonu" adlı Respublika müsabiqəsinin, “Azərbaycan Qarmonu Günü” nün və o cümlədən “Azərbaycan Qarmonu” adlı beynəlxalq saytın ideya müəllifi, təsisçisi, təşkilatçısı və rəhbəridir!
USTADLARIN FİKİRLƏRİ
Müəllimlərin (Asəf Zeynallı) fikirləri
Zakir Mirzəyevin "Balalara hədiyyə" haqqında fikirləri
İFALAR
DUET
SOL ƏL HAQQINDA ÇIXIŞLAR
Azərbaycan qarmonunun solu bu gün 1
Azərbaycan qarmonunun solu bu gün 2
Azərbaycan qarmonunun solu bu gün 3
Azərbaycan qarmonunun solu bu gün 4
VERİLİŞLƏR
MÜSAHİBƏLƏR
Sübhan Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edib
“Bu, “imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir”
Sübhan Köçərli: “Təzadlı polifoniya qarmon və qarmon ailəsinə aid olan alətlər arasında bir ilkdir”
Azərbaycanın gənc qarmon ifaçısı təzadlı polifoniyanın əsasını qoyub
“Hansı ruha, rəftara sahibsənsə, alət vasitəsilə də onu təqdim edirsən”
Sübhan Köçərlidən qarmonda yeni metodika - sağ və sol əllə...
SOSİAL MEDİA
SÜBHAN KÖÇƏRLİ MÜƏLLİMLƏRİ İLƏ
Elsevər Qafarov və Sübhan Köçərli
14.05.2023

Zakir Mirzəyev və Sübhan Köçərli
27.12.2013

Sağdan Xeyrulla Dadaşov, Zakir Mirzəyev və Sübhan Köçərli
27.12.2013

Sağdan Xeyrulla Dadaşov, Sərxan Abiyev və Sübhan Köçərli
13.11.2023

Soldan Zakir Mirzəyev, Sərxan Abiyev, Xeyrulla Dadaşov və Sübhan Köçərli
13.11.2023

SOLO KONSERT
15.03.2013

Solo konsertdən
15.03.2023

BEYNƏLXALQ AKKORDEON VƏ KÖRÜKLÜ ALƏTLƏR MÜSABİQƏSİNİN QALİBLƏRİ BEYNƏLXALQ MÜNSİFLƏR HEYƏTİ TƏRƏFİNDƏN TƏLTİF OLUNUR - 2021 (İSTANBUL)


SÜBHAN KÖÇƏRLİ 2021 - Cİ İLDƏN ETİBARƏN BEYNƏLXALQ MÜNSİF ÜZVİ OLARAQ FƏALİYYƏT GÖSTƏRMƏKDƏDİR
















BEYNƏLXALQ AKKORDEON FESTİVALI - 2021 (İSTANBUL)


BEYNƏLXALQ AKKORDEON FESTİVALI - 2022 (İSTANBUL)

BEYNƏLXALQ AKKORDEON FESTİVALI - 2023 (İSTANBUL)


BEYNƏLXALQ AKKORDEON FESTİVALI - 2024 (İSTANBUL)






BEYNƏLXALQ AKKORDEON FESTİVALI - 2025 (İSTANBUL)






KÖRÜKLÜ ALƏT İFAÇILARINDAN İBARƏT BEYNƏLXALQ KONFRANS - 2022 (İSTANBUL)

KÖRÜKLÜ ALƏT İFAÇILARINDAN İBARƏT BEYNƏLXALQ KONFRANS - 2024 (İSTANBUL)


KÖRÜKLÜ ALƏT İFAÇILARINDAN İBARƏT BEYNƏLXALQ KONFRANS - 2025 (İSTANBUL)

SÜBHAN KÖÇƏRLİNİN BEYNƏLXALQ ÇƏRÇİVƏDƏ KEÇİRİLƏN USTAD DƏRSİ - 2024 (İSTANBUL)

