AZƏRBAYCAN QARMONU GÜNÜ
14 MAY
14 may “Azərbaycan Qarmonu Günü” dür. Günün təsisçisi Sübhan Köçərlidir. “Azərbaycan Qarmonu Günü" ilk dəfə olaraq 14.05.2022 - cü il tarixində Ceyranbatan Mədəniyyət Mərkəzində yerli və xarici (onlayn) mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirilib. Qarmon ifaçılarının (tələbə) çıxışlarından ibarət həmin konsert proqramının (14.05.2022) təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir. Həmin tarixdən (14.05.2022) etibarən “Azərbaycan Qarmonu Günü” Sübhan Köçərlinin rəhbərlik etdiyi Qarmon.az saytı (Qarmon.az 10.09.2023 – cü il tarixində Sübhan Köçərli tərəfindən təsis edilib) tərəfindən hər il ənənəvi olaraq qeyd olunmaqdadır. O cümlədən artıq digər təhsil ocaqları da “Azərbaycan Qarmonu Günü”nü qeyd edirlər.
Əlavə olaraq qeyd edək ki, Sübhan Köçərlinin təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə “Dünya Akkordeon Günü” münasibətilə baş tutan "Azərbaycan qarmonu" adlı konsert proqramında (14.05.2022) fəxri qonaq qismində Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan jurnalistlər birliyinin üzvi, Filologiya elmləri üzrə fəlsəfə doktoru, muğam irsimizin tədqiqatçısı, yazıçı Gülhüseyn Kazımov da iştirak edirdi. Gülhüseyn Kazımov çıxışı zamanı “Doğurdan da bugünü “Azərbaycan Qarmonu Günü” elan etmək lazımdır ki, hamı bilsin ki, “Azərbaycan Qarmonu Günü” hər ilin 14 mayında keçiriləcək” deyə qeyd etmiş və digər fəxri qonaqlar da öz alqışları ilə həmin fikri dəstəkləmişdirlər.
AZƏRBAYCAN QARMONU - İZLƏ
_____________________________________________________________________________________________________________________________________________
14.05.2023
Sübhan Köçərli tərəfindən təsis olunan “Azərbaycan Qarmonu Günü" 14.05.2023 - cü il tarixində, saat 13 : 00 - da Ceyranbatan Mədəniyyət Mərkəzində yerli və xarici (onlayn) mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirilib. Qarmon ifaçılarının (tələbə) çıxışlarından ibarət həmin konsert proqramının təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir.
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
11.05.2024
Sübhan Köçərli tərəfindən təsis olunan “Azərbaycan Qarmonu Günü” ənənəvi olaraq bu il də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan qarmon ifaçılarının (tələbə) çıxışından ibarət konsert proqramı 11.05.2024 – cü il tarixində, saat 15 : 00 – da Heydər Əliyev Mərkəzində (Sumqayıt) mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Sözü gedən konsert proqramının təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
06.05.2024
Şəki
O cümlədən Sübhan Köçərli tərəfindən təsis olunan “Azərbaycan Qarmonu Günü” bu il Şəki şəhərində də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan qarmon ifaçılarının (tələbə) çıxışından ibarət konsert proqramı 06.05.2024 – cü il tarixində, saat 14 : 00 – da Şəki Dövlət Regional Kollecində müəllim və tələbələrin o cümlədən, mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Konsertə Mayıl Quliyev və Sübhan Köçərlinin duet ifası ilə start verildi (xalq mahnısı Laçın). Konsertin təşkilatçısı Şəki Dövlət Regional Kollecinin Xalq Çalğı Alətləri Fənn birləşmə komissiyasının sədri Namiq Hacıyevdir!
AZƏRBAYCAN QARMONU GÜNÜ (Şəki) - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
11.05.2025
Sübhan Köçərli tərəfindən təsis olunan “Azərbaycan Qarmonu Günü” ənənəvi olaraq bu il də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan görkəmli qarmon ifaçılarının çıxışından ibarət konsert proqramı 11.05.2025 – ci il tarixində, saat 12 : 00 – da Heydər Əliyev Mərkəzində (Sumqayıt) mədəniyyət xadimlərinin, müəllim və tələbələrin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Sözü gedən konsert proqramının təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA