AZƏRBAYCAN QARMONU GÜNÜ
14 MAY
“Dünya Akkordeon Günü” münasibətilə baş tutan "Azərbaycan qarmonu" adlı konsert proqramında (14.05.2022) fəxri qonaq qismində Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan jurnalistlər birliyinin üzvi, Filologiya elmləri üzrə fəlsəfə doktoru, muğam irsimizin tədqiqatçısı, yazıçı Gülhüseyn Kazımov da iştirak edirdi. Gülhüseyn Kazımov çıxışı zamanı həmin günün (14 may) məhz "Azərbaycan Qarmonu Günü" olaraq hər il qeyd olunması fikrini irəli sürür və digər fəxri qonaqlar da öz alqışları ilə həmin fikri dəstəkləyirlər. Beləliklə, Sübhan Köçərlinin təsisçisi olduğu "Azərbaycan Qarmonu Günü" ilk dəfə olaraq 14.05.2023 - cü il tarixindən etibarən hər il ənənəvi olaraq qeyd olunmağa başlayıb. Qarmon ifaçılarının (tələbə) çıxışından ibarət həmin konsert proqramı (14.05.2023) Ceyranbatan Mədəniyyət Mərkəzində yerli və xarici fəxri (onlayn) qonaqların iştirakı ilə baş tutub. Sözü gedən konsert proqramının təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
11.05.2024
“Azərbaycan Qarmonu Günü” ənənəvi olaraq bu il də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan qarmon ifaçılarının (tələbə) çıxışından ibarət konsert proqramı 11.05.2024 – cü il tarixində, saat 15 : 00 – da Heydər Əliyev Mərkəzində (Sumqayıt) mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Konsertin təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
06.05.2024
Şəki
O cümlədən bu il “Azərbaycan Qarmonu Günü” Şəki şəhərində də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan qarmon ifaçılarının (tələbə) çıxışından ibarət konsert proqramı 06.05.2024 – cü il tarixində, saat 14 : 00 – da Şəki Dövlət Regional Kollecində mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Konsertin təşkilatçısı Namiq Hacıyevdir!
AZƏRBAYCAN QARMONU GÜNÜ (Şəki) - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA
_____________________________________________________________________________________________________________________________________________
11.05.2025
“Azərbaycan Qarmonu Günü” ənənəvi olaraq bu il də qeyd olundu. Həmin gün (14 may) münasibətilə baş tutan görkəmli qarmon ifaçılarının çıxışından ibarət konsert proqramı 11.05.2025 – ci il tarixində, saat 12 : 00 – da Heydər Əliyev Mərkəzində (Sumqayıt) mədəniyyət xadimlərinin, müəllim və tələbələrin fəxri qonaq qismində iştirakı ilə keçirildi. Konsertin təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
AZƏRBAYCAN QARMONU GÜNÜ - İZLƏ
XƏBƏRLƏR - Oxu
AFİŞA