BEYNƏLXALQ ÇƏRÇİVƏDƏ KEÇİRİLƏN RESPUBLİKA MÜSABİQƏSİ
13.11.2022
Azərbaycan qarmon ifaçılığı tarixində ilk dəfə olaraq beynəlxalq çərçivədə baş tutan “Azərbaycan Qarmonu” adlı Respublika müsabiqəsi 13 noyabr 2022 – ci il tarixində Ceyranbatan Mədəniyyət Mərkəzində keçirilib. Müsabiqədə münsif qismində 5 yerli, 10 xarici (onlayn) beynəlxalq münsif üzvi iştirak edərək iştirakçıları dinləyib, qiymətləndiriblər. Beynəlxalq çərçivədə keçirilən “Azərbaycan Qarmonu” adlı Respublika müsabiqəsinin idea müəllifi, təşkilatçısı və rəhbəri Sübhan Köçərlidir!
Sübhan Köçərlinin çıxışı - İZLƏ
Xarici beynəlxalq münsif üzvlərinin çıxışları - İZLƏ
Nəticələr açıqlanır - İZLƏ
09.01.2023 – cü il tarixində isə Azərbaycan Milli Konservatoriyasında qaliblərin diplom təqdimatı və ifalarından ibarət konsert proqramı baş tutdu. Konsertin sonunda isə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev və Azərbaycan Respublikasının xalq artisti Ənvər Sadıqovun dueti təqdim olundu.
Qaliblərin diplom təqdimatı - İZLƏ
YERLİ MÜNSİF ÜZVLƏRİ
1. Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev.
2. Pedaqoji elmləri doktoru, professor Fərahim Sadıqov.
3. Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının ixtisas not müəllimi Xeyrulla Dadaşov.
4. Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Sərxan Abıyev.
5. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev.
XARİCİ BEYNƏLXALQ MÜNSİF ÜZVLƏRİ
1. Dünya Akkordeon Konfederasiyasının prezidenti, professor, beynəlxalq masterclassların təşkilatçısı, beynəlxalq münsif üzvi Frederik Döşamps (Fransa).
2. Dünya Akkordeon Konfederasiyasının Vitse – Prezidenti, Britaniya Akkordeonistlər Kollecinin direktoru, beynəlxalq münsif üzvi Raymond Bodell (İngiltərə).
3. Dünya Akkordeon Konfederasiyasının Türkiyə nümayəndəsi, beynəlxalq münsif üzvi Aziz Ali Elyağutu.
4. Beynəlxalq münsif üzvi Katerina Lekka (Yunanıstan).
5. Dünya Akkordeon Konfederasiyasının Serbiya nümayəndəsi, professor, beynəlxalq münsif üzvi Daniela Rakiç.
6. Beynəlxalq münsif üzvi, professor Elton Balla (Albaniya).
7. Dünya Akkordeon Konfederasiyasının İran nümayəndəsi, beynəlxalq münsif üzvi Qulamrza Seyid Həsəni.
8. Beynəlxalq münsif üzvi Ruslana Bezpalko (Türkiyə - Ukrayna).
9. Dünya Akkordeon Konfederasiyasının Kosovo nümayəndəsi, beynəlxalq münsif üzvi Şkumbin Miftari.
10. Beynəlxalq münsif üzvi Aleksa Mirkoviç.
BİTƏRƏF MÜNSİF ÜZVİ
Dünya Akkordeon Konfederasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, beynəlxalq münsif üzvi Sübhan Köçərli.
QEYD: Münsiflər heyyətində əyləşən münsif üzvi öz tələbəsinə qiymət verə bilmədiyi üçün həmin iştirakçı bitərəf münsif üzvi tərəfindən qiymətləndirilməlidir!
AFİŞA
VİDEO MÜRACİƏT - İZLƏ
FOTOLAR
QALİBLƏR
KONSERTMASTERLƏR
MÜƏLLİMLƏR
YERLİ MÜNSİFLƏR
XARİCİ MÜNSİFLƏR