Azərbaycan qarmon məktəbi nümayəndələrinin radiomuzun fondu üçün lentə yazdırdıqları muğamlar
Aşağıda ifaçıların adlarını və onların ifa etdikləri muğamları ardıcıllıqla göstəririk.
1. Əhəd Əliyev - "Segah" (Onun qrammafon valına yazılmış bu ifası radio fondu üçün lenta köçürülmüşdür).
2. T. Dəmirov -"Rast", "Şur", "Bayatı - Qacar", "Zabul - Segah", "Çahargah", "Bayatı - Şiraz", "Orta segah"
3. Məmmədağa Ağayev - "Şur", "Çahargah", "Segah"
4. Qızxanım Dadaşova -"Zabul", "Şahnaz", "Segah"
5. Səfərəli Vəzirov - "Çahargah", "Zabul - segah"
6. İsfəndiyar Coşğun - "Humayun", "Segah"
7. Məmmədhüseyn Salamov "Bayatı - Qacar"
8. Zakir Mirzə - "Orta Segah", "Zəmin - xara", "Humayun", "Mirzə Hüseyn segahı", "Şur", "Bayatı - Şiraz", "Dilkeş", "Zabul - Manǝndi - müxalif"
9. Aftandil İsrafilov - "Bəstənigar", "Zabul - Segah"
10. Hacı Abutalıb Sadıqov - "Segah"
11. Teyyub Teyyub oğlu - "Şüştər", "Zabul", "Çahargah"
12. Fərahim Sadıqov - "Humayun"
13. Aslan İlyasov - "Segah"
14. Əsgər Həsənov -"Segah"
15. Əhliman Zabitoğlu - "Segah"
16. Hüseyn Həsənov - "Rast"
17. Gövhər Rzayeva - "Segah", "Zabul"
18. Kamil Vəzirov - "Zabul"
19. Nəhməd Hüseynov - "Segah", "Rahab - (Rǝhavi)", "Zabul", "Çahargah", "Bayatı - İsfahan", "Dilkeş", "Bayatı - Qacar"
20. Təvəkkül Tağıyev "Zabul"
21. Əhsən Rəhmanlı "Dilkəş"
Məlumat veririk ki, instrumental muğamlar radionun fonduna yazılarkən və televiziyada ifa olunarkən vaxt ölçüsü nəzərə alınır. Yəni bu ifa, 5,8,10 dəqiqə ərzində təhvil verilməli, bitməlidir. Onunçün də ifaçı fikrini cəmləşdirib muğamı tamam - dǝstgah yox, bir və ya iki - üç şöbədən ibarət çalır. Kolleclərdə və ali təhsil ocaqlarında isə muğamlarımız proqramda nəzərdə tutulduğu kimi şöbə və guşələrlə tamam - dəstgah şəklində tədris olunur.
________________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh: 674