

SAYTIN LOQOSU

“AZƏRBAYCAN QARMONU” adlı QARMON.AZ veb – saytının ideya müəllifi, təsisçisi və rəhbəri Sübhan Köçərlidir. Saytın üz qabığında yer alan foto “Qobustan Dövlət Tarixi - Bədii Qoruğu” nda çəkilib (16.07.2023). Fotoqraf Ziya bəy, ideya müəllifi isə Sübhan Köçərlidir. Saytda sol tərəfdə aşağı küncdə yerləşdirilən bildiriş düyməsinin üzərinə vurmaqla sayta abunə olmaq mümkündür. Bununla da sayta əlavə olunacaq xəbərlər barədə məlumat əldə edə bilərsiniz. Saytın ana səhifəsində “Saytı daha da zənginləşdirmək məqsədilə məlumatların göndərilməsi” üçün “Göndər” düyməsi də yerləşdirilib. O cümlədən, ana səhifədən saytın sosial media üzrə səhifələrinə də keçid mümkündür. Sayt 10.09.2023 – cü ildən etibarən oxucuların istifadəsinə verilib. Saytın təqdimatı 10.09.2023 tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində keçirilib. Təqdimat mədəniyyət xadimlərinin, o cümlədən, Türkiyədən dəvət olunmuş Dünya Akkordeon Konfederasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi, beynəlxalq münsif üzvi, AKORDER - in prezidenti, İstanbul Okan Universitetinin Konservatoriyasının akkordeon və qarmon müəllimi Aziz Ali Elyağutunun fəxri qonaq qismində iştirakı ilə baş tutub. Sayt 2025 – ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəniyyət üzrə Elmi – Metodiki və İxtisasartırma Mərkəzinin növbəti 5 il üçün təqdim etdiyi proqramda (qarmon) elektron mənbə olaraq qeyd olunub. Qeyd edək ki, sayt nəinki Azərbaycan qarmonu tarixində, ümumiyyətlə instrumental tariximizdə ilk dəfədir ki, hər hansısa bir alətə belə bir veb - sayt təsis olunur.
Sayt daim yenilənməkdədir və yaxın zamanda digər dillərə də tərcümə olunacaq.
_________________________________________________________________________________________________________________________
SAYTDA AZƏRBAYCAN QARMONA DAİR YER ALAN MƏLUMATLAR
HAQQINDA
Tarixinə dair
Diapazon və not sistemi
İslahatlar
Konstruksiya
Akustika
Şəkil sərgisi
İFAÇILAR
Həyat və yaradıcılıq
Lent yazıları
Solo konsertlər
Kliplər
Ustad dərsləri
Yaradıcılıq gecələri
Xatirə gecələri
Filmlər
Yubileylər
Verilişlər
İSTİFADƏSİ
Solo
Ansambl və Orkestr
Üçlük
Aşıq Dəstəsi
Qarmon ansamblı
Ədəbi mənbə
Operetto
Kinofilm
Bəstələr
TƏDRİS
Proqramlar
Qarmonun tədrisi
Vəsaitlərin siyahısı
Notlar
Notların siyahısı
RADİO FOND
Muğamların siyahısı
İfaçıların siyahısı
MƏQALƏLƏR
KİTABLAR
TƏQDİMATLAR
FAYDALI LİNKLƏR
LAYİHƏLƏR
Azərbaycan Qarmonu Günü
Dünya Akkordeon Günü
Müsabiqələr
Digərləri
Hal – hazırda saytda nəticə etibarilə 15 mövzu, 56 şəkildən ibarət şəkil sərgisi, 146 ifaçının həyat və yaradıcılığı, 324 lent yazısı (mp3), 9 solo konsert, 21 klip, 7 ustad dərsi, 2 yaradıcılıq gecəsi, 1 xatirə gecəsi, 4 film, 6 yubiley, 60 veriliş, 21 proqram, 13 vəsaitin siyahısı, 30 not kitabı, radio fondda yer alan 49 muğamın və 31 ifaçının siyahısı, 9 məqalə, 19 kitab, 2 təqdimat, 94 faydalı link və 4 layihə yer alıb.
Saytda yer alan bütün məlumatlar yazılı mənbələrə əsaslanır və hər bir mənbə qeyd olunan məlumatın aşağı hissəsində göstərilib. Mənbələr:
F. Şuşinski “Azərbaycan xalq musiqiçiləri”, Bakı “Yazıçı” 1985.
F .Sadıqov “Qarmon öyrənənlərə kömək”, Bakı, “Azərbaycan CCP Maarif Nazirliyinin mətbəəsi” 1985.
A. Nəcəfzadə “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti”, Bakı, “Min bir mahnı” 2004.
Z. Mirzəyev “Azərbaycan Qarmonu”, Bakı “Adiloğlu”, 2005.
Z. Mirzəyev “Qarmon məktəbi”, Bakı “ADİL OĞLU” 2008.
F. İsayev. Təsviri və dekorativ - tətbiqi sənət məsələləri elmi jurnal №2 (8) – 2011.
Ə. Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008.
Ə. Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014.
S. Abdullayeva “Azərbaycan çalğı alətləri dünyanı valeh edir”, Bakı “Nurlar” 2016.
A. Nəcəfzadə “Etnoorqanologiya”, Bakı, “Ecoprint” 2016.
K. Gülhüseyn, Sultan – zadə fon Brüseldorff Aleksandriya “Qarmonun əfsanəsi”, Bakı, “Təhsil”, 2018.
Ə. Sadıqov “Azərbaycan qarmonunun təkmilləşdirilməsinə dair”, Bakı, “Konservatoriya jurnalı, 2020.
H. Həsənov “Azərbaycan qarmonunda 4/1 tonların tətbiqi məsələləri”, Bakı, “Konservatoriya jurnalı 2020.
F. Sadıqov “Azərbaycan Qarmonu”, Bakı, “Gənclik”, 2020.
A. Necefzade “Azerbaycan milli üflemeli çalğı aletleri”, Bişkek “Ulu Toolor” 2022.
SAYTDAN İSTİFADƏ EDƏN ÖLKƏLƏR
Türkiyə
Amerika Birləşmiş Ştatları
Fransa
İndoneziya
Almaniya
Polşa
İsveç
Albaniya
Macarıstan
Gürcüstan
İrlandiya
Rusiya
İsrail
İtaliya
Norveç
Kanada
Yaponiya
Finlandiya
İran
Çin
Xorvatiya
Birləşmiş Krallıq və s.