Bugün AZƏRBAYCAN QARMONU GÜNÜDÜR (14 MAY). Qeyd edək ki, bu münasibətilə 11.05.2025 - ci il tarixində Heydər Əliyev Mərkəzində (Sumqayıt) görkəmli qarmon ifaçılarından ibarət konsert proqramı baş tutdu. O cümlədən konsertdə digər mədəniyyət xadimləri, müəllim və tələbələr də tamaşaçı qismində iştirak edirdi. Konsert qarmon.az saytı tərəfindən reallaşdırıldı. 14 may Azərbaycan Qarmonu Günü münasibətilə bütün qarmon ifaçılarımızı ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı arzu edirik. Dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirik.