Mən, Abiyev Sərxan Əmirağa oğlu 1958 - ci il yanvar ayının 15 - də Bakı şəhəri Binəqədi qəsəbəsində anadan olmuşam. 1965 - ci ildə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin 1- ci sinfinə gedib 1973 - cü ildə həmin məktəbi bitirmişəm. 1973 - cü ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun "Mədəni maarif” şöbəsinin "Xalq çalğı alətləri orkestrinin rəhbəri” fakültəsinə daxil olub 1976 - cı ildə bitirmişəm. 1976 - cı ildə hərbi xidmətə çağırılıb 1978 - ci ildə Lənkəran sərhəd qoşunları heyətindən təxris olunmuşam. 1978 - ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun "Mədəni maarif" fakültəsinin "Bədii özfəaliyyət teatr kollektivinin rəhbəri" ixtisasının axşam şöbəsinə daxil olub 1983 - cü ildə bitirmişəm. 1978 - ci ildə Ramana qəsəbəsində yerləşən mədəniyyət evinin nəzdində olan qarmon aləti ixtisası üzrə dərnək rəhbəri vəzifəsinə işə qəbul olunmuşam. 1980 - ci ildə öz xahişim ilə işdən azad edilmişəm. 1980 - ci ildə M.Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinin qarmon aləti ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişəm. 1999 - cu ildə 11 saylı uşaq musiqi məktəbində əsas işçi kimi işlədiyim dövrdə paralel olaraq ADMİU - nun "Musiqi sənəti" fakultəsinin "İnstrumental ifaçılıq" kafedrasına əvəzçi müəllim kimi işə qəbul edilmişəm (Azərbaycanda qarmon ifaçısı olaraq ilk dəfə ali tədris ocağında qarmon aləti tədrisi üzrə müəllim Sərxan Abiyev olmuşdur. Foto da isə ilk məzunları görürsünüz 1999 - 2002).
2001 - ci ildə ildə 11 saylı uşaq musiqi məktəbindən öz xahişim ilə işdən azad edilmişəm. 2001 - ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasına əsas işçi kimi işə qəbul olunmuşam. 2004 - cü ildə Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri" kafedrasının dekanı, dosent Vamiq Məmmədəliyev ilə birgə bakalavr hazırlığı üçün "İxtisas aləti" (qarmon) fənni üzrə proqram işləyib hazırlamışıq. Həmin proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi -metodiki şurasının "İncəsənət və Musiqişünaslıq" bölməsinin 24 iyun 2004 - cü il iclasının qərarı ilə təsdiq edilmişdir. (Protokol No 9) 2005 - ci ildə baş müəllim vəzifəsinə keçirilmişəm. 2005 - ci ildə Mədəniyyət və İncəsənət qəzetinin 28 may tarixli buraxılışında alətin tarixi və onun tədrisi ilə bağlı məqaləm çap olunmuşdur. 2008 - cu ildə "Qəlbdən gələn duyğulu səslər" adlı diskim buraxılmışdır. Diskdə Azərbaycan bəstəkarlarının yazdığı mahnılardan və həmçinin xalq musiqi nümunələrindən istifadə edilmişdir. 2008 - ci ildə Əhsən Rəhmanlı tərəfindən yazılan "Zakir Mirzə fenomeni" kitabında bir çox dəyərli sənətçilər tərəfindən Zakir Mirzə sənəti haqqında düşüncə və mülahizələri verilmişdir. Həmin kitabda mənim fikirlərim məqalə şəklində öz əksini tapmışdır. 2009 - cu ildə Azərbaycan Milli Konservatoriyasının əyani vəsaiti olan elmi nəzəri “Konservatoriya” jurnalının mart - aprel, may - iyun, iyul - avqust aylarının 2 - ci buraxılışında "Qarmon alətinin tədrisi, milli musiqimiz ilə uyarlığı və musiqimizdə yeri", 3 - cü, 4 - cü buraxılışında isə "Azərbaycan Qarmonunun bədii imkanları" mövzusunda məqalələrim çap olunmuşdur. 2009 - cu il "Kredo" qəzetinin 09 may tarixli buraxılışında "Dəyərli sənətçi səmimi insan", 30 may tarixli buraxılışında "Təvazökar sənətçi", 27 iyun tarixli buraxılışında "Zəhmətkeş, mübariz sənətçi "mövzusunda məqalələrim çap edilib. 2010 - cu ilin iyul ayından Yasamal rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasına üzv seçilmişəm. 2013 - cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubiley tədbirlərinin keçirilməsində fəal iştirakıma və gənc nəslin mənəvi tərbiyəsində xidmətlərimə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev tərəfindən imzalanmış medal ilə təltif olunmuşam. 2013 - cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə "Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsində iştirak edən tələbələrimin yüksək professionallıq nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun və eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev cənablarının imzaları ilə diploma layiq görülmüşəm. 2013 - cü il dekabr ayının 10 - da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış 151 nömrəli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşəm. 2014 - cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "İnstrumental ifaçılıq" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Zakir Mirzəyev ilə birgə qarmon aləti üzrə bakalavr hazırlığı üçün “İxtisas" və "Muğam" fənnləri proqramlarını yenidən işləyib hazırlamışıq. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 497 saylı əmrə əsasən həmin proqramlara "Tədris vəsaitlərinə nəşr hüququ (qrif)" verilmişdir. 2014 - cü ildə Hacı Loğman tərəfindən əməkdar incəsənət xadimi Eldar Əliyevə həsr olunmuş “Onu tanımağa dəyər" kitabında "Sənətdə keçən mənalı ömür” adlı məqaləm çap olunub. 2014 - cü ilin aprel ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən keçirilmiş "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XIII Beynəlxalq elmi - praktiki konfransda iştirak etmişəm. 2015 - ci ildə professor Fǝraim Sadıqov tərəfindən mahir qarmon ifaçısı Abutalıb Sadıqova həsr olunmuş "Könüllərdə yaşayan sənətkar" adlı kitabında "Dostluğa sadiq sənət fədaisi” başlığı ilə məqaləm çap olunub. 2016 - cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr hazırlığı üzrə təhsil alan tələbələr üçün “Milli musiqidə instrumental ifaçılıq ənənələri" adlı dərs vəsaiti yazmışam. 2017 - ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasında magistr hazırlığı üçün İxtisas (Not ifaçılığı) proqramını qarmon aləti üçün tərtib etmişəm. Həmin proqramda müştərək olaraq əməkdar müəllim, "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının müdiri, dosent Umud Ağasif oğlu İbrahimov tar üçün, "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının dosenti, əməkdar artist Mirnazim Müştǝba oğlu Əsədullayev kamança üçün, "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının müəllimi Təhmasib Hüseyn oğlu Məmmədov nağara üçün, "Xalq Çalğı Alətləri İfaçılığı" proqramlarını hazırlamışlar. kafedrasının müəlliməsi Samirə Yasǝf qızı Əliyeva qanun üçün İxtisas (Not ifaçılığı) 2017 - ci il aprel ayının 26 - da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Instrumental ifaçılıq" kafedrasının Kamera və Orqan musiqi zalında (Kirxa) keçirilən hesabat konsertində "Xalq çalğı Alətləri" orkestri rəhbəri ixtisası üzrə III kurs da təhsil alan tələbəm Məmmədli Məhəmməd qarmon aləti ifaçısı olmasına baxmayaraq ilk dəfə maestro Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Kamera orkestrinin müşayəti ilə akkardionda Tofiq Quliyevin "Qaytağı" əsərinin daha mürəkkəb olan ikinci versiyasını böyük müvəffəqiyyətlə ifa etmişdir. 2017 - ci ilin may ayının 19 - da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən keçirilən "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XVI Beynəlxalq Elmi Konfransda "Xalq Çalğı alətlər və tətbiqi sahələri” başlığı altında olan məqaləm ilə iştirak etmişəm. 2017 - ci il mart ayının 30 - da keçirilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurası tərəfindən dosent elmi adı verilməsi üçün namizədliyim irəli sürülmüşdür. 2017 - ci ilin sentyabr ayının 27 - si tarixli (protokol No 24-K) qərarı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən namizədliyim təsdiqlənərək dosent elmi adı verilmişdir. Ailəliyəm, iki oğlum və bir qızım var. Həyat yoldaşım: Abiyeva Mülayim Vəzirxan qızı 1960 - cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin "Sanitar Epidemiologiya" fakültəsini bitirmişdir. Ali təhsillidir. Hal - hazırda səhhəti ilə əlaqədar işləmir. Oğlum: Abiyev Emin Sərxan oğlu 1983 - cü ildə Bakı şəhərində anadan olub. 2006 - cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Taekvondo" Şərq əlbəyaxa idman növünün "Bədən Tərbiyəsi və İdman" ixtisası üzrə tam kursu bitirib bakalavr təhsil dərəcəsi almışdır. Evlidir. İki övladı var. İşləmir. Kiçik oğlum: Abiyev Emil Sərxan oğlu 1986 - cı ildə Bakı şəhərində anadan olub. 2008 - ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Xarici ölkələrlə iqtisadi münasibətlər" fakültəsini bitirmişdir. Subaydır. İşləmir. Qızım: Abiyeva Manisə Sərxan qızı 1988 - ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010 - cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi işinin təşkili və idarə edilməsi" fakültəsini bitirmişdir. Ailəlidir. Bir qız övladı var. İşləmir. Mən və ailə üzvlərim Bakı şəhəri, Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi bina 2 mənzil 62 ünvanında yaşayıram.
____________________________________________________________________________________________________________________
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiyası Komisiyası Arxivindən