Mirzə müəllim qəlbi təmiz, vicdanlı və əxlaqlı adam olduğu üçün bütün bildiklərini ən istedadlı tələbələrə ürəklə öyrədirdi. O, işlədiyi mədəniyyət sarayında uzun illər tələbələr hazırlamışdır. Mirzə müəllim tar və qarmon ifaçısı idi. Toylara qarmon ifaçısı kimi gedirdi. Əslən qazaxlı olan bu kişi Bakıya gələrkən əvvəllər neft sənayesi sahəsində çalışmış, sonra isə qarmon müəllimi kimi ömrünün sonuna qədər layiqli və səmərəli fəaliyyət göstərmişdir. Onun hazırladığı yetirmələrin əksəriyyəti qarmon sənətində tanınıblar. Xanlar həmişə Mirzə müləlimin xatirini əziz tutur və Allahdan ona rəhmət diləyir.
__________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 485.