Əhəd Əliyev 1932 - ci ildə ilk dəfə "Şərq qarmonçular ansamblı" yaratmışdı. Onun 1934 - 1935 - ci illərdə Əbilov adına klubda ansamblı olmuşdur. Dövlət Filarmoniyasında təşkil olunan sazçı qızlar ansamblının yaradılmasında da Əhədin böyük rolu olmuşdur. O, qızlara həm saz çalmağı öyrǝdər və həm də solist kimi çıxış edərdi.
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı, “MBM”, 2014, Səh. 44 - 45.
___________________________________________________________________________________________________________________________________
1938 - ci ildə T.Dəmirov Bakıda və onun ətrafında yaşayan ən yaxşı qarmonçalanları öz ǝtrafina toplayaraq "qarmonçalanlar ansamblı" təşkil etmişdir. Bu ansambl Zaqafqaziyada və Şərqdə analoqu olmayan bir kollektiv idi. Teyyub müəllim ciddi məşqlər apararaq, yaxşı səslənməyə nail olmuş, repertuara xalq musiqisi nümunələrini, dəraməd, rǝng, diringi və oyun havalarını daxil etmişdi.
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı, “MBM”, 2014, Səh. 53.
___________________________________________________________________________________________________________________________________
1938 - ci ildə Teyyub Dəmirov tərəfindən tərkibinə iki qaval, nağara və qoşanağara da daxil edilən qarmonçular ansamblının təşkili maraq doğurur.
S.Abdullayeva “Azərbaycan çalğı alətləri dünyanı valeh edir”, Bakı “Nurlar” 2016, Səh. 69.
___________________________________________________________________________________________________________________________________