Sona Sadıq qızı İrzaquliyeva 1927 - ci il oktyabr ayının 15 - də Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində ziyalı ailəsində anadan olub. 1935 – 1945 - ci illərdə orta məktəbdə təhsil alıb. Onun ana nənəsi Məsməxanın (1898 - 1966) qarmon çalıb. Nənəsinin bircərgəli diatonik qarmonunun səsi balaca Sonanı ovsunlayıb. Odur ki, nənəsindən qarmon çalmağı öyrənib. Sona məktəb illərində özfəaliyyət ansamblında tar və qarmon çalıb. 1954 – 1957 - ci illərdə Dərbənd Pedaqoji Texnikumunda təhsil alıb. Təhsili başa vuraraq Dərbənd Mədəni - Maarif Texnikumunda xalq çalğı alətləri şöbəsində əmək fəaliyyətinə başlayıb. 1947 - ci ildə ailə quran Sona xanım İrzaquliyeva soyadını qəbul edib (o vaxta qədər Əliyeva soyadı daşıyıb) və ailə Bakıya köçüb. Sona xanım Bakıdakı 161 saylı orta məktəbdə musiqi müəllimi işləyib. O, 1965 - ci ildə Yuri Qaqarin adına mərkəzi pionerlər və məktəblilər evinin qarmon sinfində dərs deməyə dəvət olunub. Son dövrə qədər orada çalışıb. 1970 - ci - 2011 - ci illər arasında 3 saylı uşaq musiqi məktəbinin qarmon sinfində də dərs deyib. O, 1976 - cı ildə uşaq musiqi məktəblərinin qarmon sinfi üçün proqram nəşr etdirmişdir. Həmin ildə yazıb nəşr üçün təhvil verdiyi "Qarmon məktəbi" dərs vəsaiti 1999 - cu ildə işıq üzü görmüşdür.
_________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 78.