

İLK SOLO KONSERTİ BAŞ TUTACAQ
Ana səhifə / Xəbərlər / İLK SOLO KONSERTİ BAŞ TUTACAQDÜZGÜN YANAŞMA, İNAM, SƏBİR!
Sübhan Köçərli
13 noyabr 2022-ci il tarixində, qarmon ifaçılığı tarixində ilk dəfə olaraq yerli və əcnəbi körüklü alətlər mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyətinin iştirakı ilə keçirilmiş "Azərbaycan Qarmonu" respublika müsabiqəsinin "Balalar" kateqoriyasının qalibi Fazil Heybətzadənin ilk solo konserti baş tutacaq.
Sözügedən müsabiqənin ideya müəllifi, təşkilatçısı və rəhbəri — Dünya Akkordeon Konfederasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, beynəlxalq münsiflər heyətinin üzvü, qarmon.az saytının və 14 may “Azərbaycan Qarmonu Günü”nün təsisçisi, həmçinin körüklü alətlər ifaçılığında dünyada ilk dəfə “Təzadlı polifoniya” nın müəllifi Sübhan Köçərlidir.

